RU

Telegraph: ABŞ dəniz piyadaları Hörmüz boğazında quru əməliyyatlarına başlayır 

The Daily Telegraph qəzetinin məlumatına görə, ABŞ-ın Yaponiyadan Yaxın Şərqə 2500 nəfərlik elit dəniz piyadaları bölməsini köçürməsi bölgədə münaqişənin yeni mərhələsinə səbəb ola bilər.

Nəşr yazır ki, sözügedən bölmənin yaxın 10–15 gün ərzində USS Tripoli (LHA‑7) desant gəmisinə çatacağı gözlənilir. Bu addımın ABŞ-ın quru əməliyyatlarına başlaya biləcəyinə işarə etdiyi və müharibənin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirildiyi bildirilir.

Məlumata görə, bu, Vaşinqtona regionda genişmiqyaslı hərbi kampaniyalara başlamaq imkanı verə və yeni hərbi əməliyyatlar dalğasına təkan verə bilər. Qəzet qeyd edir ki, rəsmi Vaşinqton missiyanın mahiyyəti barədə hələlik ətraflı açıqlama verməyib. Bununla belə, elit bölməyə, ehtimal ki, Hörmüz boğazı üzərində nəzarətin bərpası tapşırıla bilər.

Bundan əvvəl The Wall Street Journal amerikalı rəsmilərə istinadən ABŞ-ın Yaxın Şərqə dəniz ekspedisiya qüvvələri göndərdiyini yazmışdı. Qəzetin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pete Hegset ABŞ tərəfindən amfibiya hücum qrupu və ekspedisiya qüvvələrinin bölgəyə yerləşdirilməsi təklifini təsdiqləyib.

Избранный
24
veteninfo.az

1Источники