RU

Çin XİN: Pekin və Vaşinqton arasında yüksək səviyyəli diplomatik əlaqələr davam edir

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi regionda artan gərginliklə bağlı açıqlama verib. Nazirliyin sözçüsü Lin Jian bildirib ki, bütün tərəflər hərbi əməliyyatları dayandırmalı və vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq addımlardan çəkinməlidir.

Herbiand.az xəbər verir ki, onun sözlərinə görə, mövcud gərginliyin artması yalnız regional təhlükəsizliyə deyil, həm də qlobal iqtisadiyyata və enerji bazarlarına mənfi təsir göstərə bilər.

XİN sözçüsü vurğulayıb ki, Çin Xalq Respublikası yaranmış vəziyyətlə bağlı müxtəlif ölkələrlə əlaqə saxlayır və gərginliyin azaldılması üçün diplomatik səyləri davam etdirir.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatları ilə münasibətlərə də toxunan Lin Jian bildirib ki, Pekin və Vaşinqton arasında yüksək səviyyəli diplomatik əlaqələr davam edir. Onun sözlərinə görə, tərəflər müxtəlif regional və beynəlxalq məsələlər üzrə dialoqu saxlayır və əlaqələri qoruyur.

Çin tərəfi həmçinin bütün tərəfləri dialoq və danışıqlara qayıtmağa çağıraraq münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Избранный
26
herbiand.az

1Источники