RU

Test sistemi LƏĞV EDİLƏCƏK? – “Təhsili test bərbad hala saldı”

Test fasiləsiz təhsil sistemində epizodik olaraq tətbiq edilə bilər. Kütləvi və fasiləsiz testləşmə təhsildə çox ziyanlıdır.


Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov uzun illərdir qəbul imtahanlarında test üsulunun tətbiqi barədə danışarkən deyib. O bildirib ki, məktəb təhsilimiz son 33 ildə repetitor ümidinə qaldığı üçün təhsilimizdə hələ çox itkilərimiz olacaq:
“Bu isə öz mənfi təsirini iqtisadiyyatda və digər sahələrdə əks etdirəcəkdir.
Məktəbin tənəzzülü 2 amilə bağlıdır:
1. Uğursuz təhsil islahatları;
2. Qəbul imtahanlarının test sisteminə keçidi və bunun əks sədası kimi məktəbdə repetitorluğun kütləviləşməsi.
Test sistemi və onun törəməsi olan repetitorluğu, bunların nəticəsi kimi təhsil sisteminin tənəzzülü, aşağı keyfiyyət, qəbul imtahanlarında aşağı balların olması, təhsil sisteminin pozulmuş fəaliyyət mexanizmi, PİSA qiymətləndirilməsində PİS nəticələr, fənn olimpiadalarında zəif nəticə bizləri düşünməyə və hərəkətə sövq etməlidir.
Testdən sistematik, kütləvi şəkildə istifadə artıq 20-ci əsrdə qalmışdır. Dünya təhsil praktikasında test sistemi öz zəmanəsini çoxdan tamamlayıb.
Bir çox ölkələrdə təhsil sistemində testdən imtina edilib, ya da epizodik istifadə edilir.
2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Test fasiləsiz təhsil sistemində epizodik olaraq tətbiq edilə bilər. Kütləvi və fasiləsiz testləşmə təhsildə çox ziyanlıdır”.
Избранный
98
42
yenilik.az

10Источники