Yazını böyüt
Yazını kiçilt
Martın 18-də Zəngilan rayonunun Ağalı kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarlarn müraicətlərini dinləyəcək.
Hafta.az xəbər verir ki, KOBİA-nın məlumatına görə, qəbul saat 11:00-dan etibarən Zəngilan rayonu, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzinin binasında keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət edə bilərlər (Tel.: 055 250 79 32, e-mail: [email protected], Vüsal İbrahimov, KOB dostu).