RU

AK: Ukrayna "Dostluq" kəmərini təmir etdiyini bildirib

AK: Ukrayna "Dostluq" kəmərini təmir etdiyini bildirib

Ukrayna rəhbərliyi Avropa Komissiyasına yanvarın 27-dən bəri Macarıstan və Slovakiyaya neft nəqlini dayandıran "Dostluq" (Drujba) kəmərində təmir işləri apardığını bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə Aİ-nin energetika üzrə komissarı Dan Yorqensen nazirlərin görüşündə məlumat verib. Yorqensenin sözlərinə görə, Ukrayna tərəfi kəmərin ən qısa zamanda bərpası üçün çalışdıqlarını vurğulayıb.

Macarıstan və Slovakiya Ukraynanın bu bəyanatlarına şübhə ilə yanaşır. Budapeşt və Bratislava iddia edir ki, kəmər əslində texniki cəhətdən saz vəziyyətdədir və Kiyev nəqli siyasi səbəblərdən dayandırıb.

Cavab addımı olaraq Macarıstan Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq hərbi krediti bloklayıb və alternativ yollarla, xüsusən Xorvatiya vasitəsilə neft tədarükünü artırıb.

Избранный
28
afn.az

1Источники