“Son danışıqlarda İranın ABŞ-ı 10-11 ədəd atom bombası istehsalı ilə təhdid etməsi yalandır”.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinqdə deyib.
O bu iddianı “gülünc” hesab edib və əlavə edib ki, uranın 60% zənginləşdirilməsi nüvə silahının istehsal olunacağı mənasını vermir.
Bəqayi İran dronlarının ABŞ-ın qərb sahillərinə çata biləcəyi ilə bağlı iddialara da cavab verib.