RU

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

Lənkəranda
Lənkəran rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran-Lerik magistralında, Lənkəranın Qurumba kəndi ərazisində “Qaz-31” və “Mercedes” markalı avtomobillər toqquşub.
Qəza zamanı 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb. Əraziyə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və 54 yaşlı qadına ilkin tibbi xidmət göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
32
1
1news.az

2Источники