RU

Hörmüzdə neft diplomatiyası: “Görək nə olacaq”

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı bəyanat verib. 

"Cebheinfo.az" xəbər verir ki, bu məsələ ilə bağlı 7 ölkə ilə müzakirə apardıqlarını qeyd edən Tramp "Neftin böyük bir hissəsini, yəni təxminən 90 faizini boğazdan təmin edirlər. Mən də “Qoşulmaq istəyirsinizmi?” dedim. Görək nə olacaq. 

Bəlkə gələrlər, bəlkə də yox", — ifadəsini işlədib. Tramp boğazdan dəniz yolu ilə daşınan xam neftin böyük hissəsini istifadə edən Çinə də əməkdaşlıq təklif etdikləri barədə məlumat paylaşıb. Müharibənin bitməsi ilə birlikdə neft qiymətlərinin düşəcəyini müdafiə edən Tramp, müharibənin "olduqca sürətli bir şəkildə" sona çatacağını bildirib. 

Donald Tramp, həmçinin sosial mediada İranın yeni lideri Müctəba Xameneyinin 250 min nəfər tərəfindən alqışlandığını göstərən video ilə bağlı fikirlərini bölüşüb. Sözügedən videonun süni intellekt tərəfindən hazırlandığını iddia edən Tramp: "Tamamilə süni intellekt tərəfindən istehsal edilib. 

Belə bir hadisə heç vaxt baş verməyib. Media bunun olmadığını bilirdi, lakin sanki böyük bir dəstək varmış kimi hadisəni şişirtdilər. Əslində heç bir dəstəkləri yoxdur", - deyə danışıb. 

Избранный
31
cebheinfo.az

1Источники