İran polisi ölkədə 500 nəfərin casusluq şübhəsi ilə həbs edildiyini açıqlayıb.
Bu barədə İranın polis rəisi Əhmadrza Radan məlumat verib.
Radan bildirib ki, saxlanılanların yarısı ciddi hadisələrlə bağlıdır, o cümlədən siyahıya hədəflərin vurulması üçün məlumat verənlər və hücum yerlərinin görüntülərini çəkib göndərənlər daxildir.
İran hakimiyyəti bu əməliyyatları ölkənin daxili təhlükəsizliyini qorumaq məqsədi ilə izah edir.
"Cebheinfo.az"