Bakıda moped divara çırpılıb, sürücü ölüb. 1news.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Hüseyn Mayılov idarə etdiyi “Champ” markalı moped ilə hərəkətdə olarkən divara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.