RU

Manatla bağlı AÇIQLAMA

Son illər Azərbaycanın enerji ixracında qazın payı getdikcə artır və ölkənin Avropaya qaz tədarükü enerji bazarında mühüm faktora çevrilib. Xüsusilə Azərbaycan qazına tələbatın artması bu istiqamətdə yeni imkanlar yaradıb.

 

Pravda.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanın Avropaya qaz ixracının artması ölkə iqtisadiyyatına və büdcə gəlirlərinin artmasına əhəmiyyətli təsir göstərir:

 

“Hazırda bu istiqamətdə ölkəyə valyuta daxil olmasının səviyyəsi artır ki, bu da büdcə gəlirlərinin artmasına səbəb olur. Digər tərəfdən bu valyuta artımı manatın sabitliyinin qorunmasına və iqtisadi inkişafın dinamikasının artmasına müsbət təsir göstərəcək. Bu, həm də ölkəmizin enerji daşıyıcısı kimi dünya ölkələri arasında mövqeyinin artması, möhkəmlənməsinə ciddi təsir göstərir. Bilirsiniz ki, yaxın aylara qədər neftin qiymətində kəskin eniş müşahidə edilirdi. Bu da ölkəmizin ixrac imkanlarına mənfi təsir göstərirdi. Hazırda qazın qiymətinin artması ölkənin ixrac potensialına və xarici ticarət dövriyyəsinin müsbət saldo yaranmasına öz əhəmiyyətli təsirlərini göstərə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 16 Mart 2026, 09:09   
Избранный
68
1
pravda.az

2Источники