RU

Bu səviyyədə matçlarda mənasız səhvləri bağışlamırlar Kaxaber Tsxadadze

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində bu gün öz meydanında "Neftçi"yə 1:3 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis belə danışıb:

"Bərabərsəviyyəli oyun getdi. Matça çox yaxşı başladıq. Pressinq etdik, qol vəziyyəti yaratdıq və qol vurduq. Buraxdığımız qollar isə üzücü idi. Birinci epizodda top futbolçumuzun belinə dəydi, ikincidə ehtitac olmadığı halda, əllə oynadıq. Buraxdığımız üçüncü qolda isə topu mərkəzdə itirdik. Belə səhvlər etmək olmaz. Bu səviyyədə matçlarda mənasız səhvləri bağışlamırlar. Tam bərabər mübarizə getsə də, səhvlərimiz vurğulanmalıdır. Oyunçularımız ruhdan düşməməli,  inamlı olmalıdırlar.

İstefaya səslənməyim? İndiyə qədər işlədiyim yerlərdə belə şey olmayıb. Buna prezident qərar verir. Azarkeş isə sonadək komandanın yanında olmalıdır. Onların davranışı futbolçulara pis təsir edir, klubun parçalanmasına yol açır. Məncə, onlar nə dediklərini dərindən anlamırlar. Əksəriyyəti 12-13 yaşlı uşaqlardır".

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
1
fanat.az

2Источники