RU

Belə davam etsə, hər şey super olacaq Yuri Vernidub

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 24-cü turunda "Qəbələ"ni səfərdə 3:1 hesabı ilə məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:

"Azarkeşlərimizə bizi bütün oyunlarda dəstəklədikləri üçün təşəkkür edirəm. Uzaq yol gəliblər. "Qəbələ" maraqlı futbol oynayan komandadır. Bu gün hakimlik yüksək səviyyədə idi. Belə davam etsə, hər şey super olacaq. 

Qəbələdə çox gözəl futbol mərkəzi var. Həm stadion gözəldir, həm də məşq meydanları superdir. Çox sevinirəm ki, Azərbaycanda futbol inkişaf edir. 

Kurban Berdiyevlə görüşməyim Ukraynada müzakirə olunur? Mən bilmirəm adamın neçə pasportu var, amma dəqiq olan budur ki, o, türkməndir. Nə yazırlarsa,  yazsınlar. Fikir vermirəm. Mən müharibə başlayandan bəri dəyişməmişəm. 

Sonadək avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq, əlimizdən gələni edəcəyik. Azərbaycan çempionatı maraqlı çempionatdır. Üç aydır ki, buradayam, amma tam öyrənə bilməmişəm. Burada son pillədə olan rəqibə də uduza bilərsən"

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
1
fanat.az

2Источники