RU

İran İsraillə əlaqəli muzdlu şəbəkə aşkarlayıb: 20 nəfər saxlanılıb

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Saxlanılanlar şəxslər İsrailə hərbi, polis və təhlükəsizlik obyektlərinin yerləşdiyi yerlər barədə məlumat veriblər”

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində casusluq etməkdə və İran hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdiyi yerlər barədə İsrailə məlumat verməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Vilayət prokuroru bildirib ki, İran hüquq-mühafizə orqanları rəsmiləri İsraillə əlaqəli bir neçə muzdlu şəbəkəni aşkar edib və zərərsizləşdiriblər. O bildirib ki, “bu şəxslər İsrailə hərbi, polis və təhlükəsizlik obyektlərinin yerləşdiyi yerlər barədə məlumat veriblər”.

20 şübhəlinin hamısı müvafiq məhkəmə qərarları əsasında saxlanılıb. Hazırda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
ayna.az

1Источники