"Real" İspaniya La Liqasının 28-ci turunda "Elçe"nin qonağı olub.
QOL.az xəbər verir ki, görüş Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Güler oyunda möhtəşəm qola imza atıb. 21 yaşlı futbolçu mərkəz xəttini keçməmiş topu rəqib qapısına göndərib.
Oyunun videoicmalını təqdim edirik.
"Real" – "Elçe" - 4:1
Qollar: Rüdiger, 39. Valverde, 44. Höysen, 66. A.Gülər, 89 – Moran, 84-avtoqol.