Birinci Kanalın ulduzu Yekaterina Andreyeva cavanlıq sirrini bölüşüb.
Publika.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 62 yaşlı məşhur aparıcı tez-tez qarabaşaq çayı içdiyini deyib.
“Məndən tez-tez məşq zamanı nə içdiyim, ümumiyyətlə içki içib-içmədiyimi soruşurlar. Mən spirtli içki içmirəm, amma qarabaşaq çayı içirəm. Təxminən 90 dərəcə xüsusi qaynar suda kiçik bir çaynikdə dəmlənməlidir. Səhər çox faydalıdır", - teleaparıcı vurğulayıb.
Yekaterina ortopedik yastıqda yatdığını, həmçinin mütəmadi olaraq idmanla məşğul olduğunu deyib. Andreyeva əmindir ki, gözəlliyi, sağlamlığı və gəncliyi qorumaq üçün düzgün həyat tərzi sürmək lazımdır. Teleaparıcının sözlərinə görə, o, şirin qazlı sular içmir və sağlam qidalanmağa çalışır.