RU

Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi səylər göstəririk - Xüsusi nümayəndə

Bakı. Trend:

Çinlə münasibətlərimiz mövcud vəziyyətdən asılı olaraq yaxınxarakter daşıyır. Elə məsələlər var ki, maraqlarımız üst-üstədüşür. Xüsusilə regionun təhlükəsizliyi, sabitliyi və nəqliyyatbağlantıları bu sahələrdə ortaq maraqlarımızın olduğuistiqamətlərdir.

Trend xəbərverir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrəxüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün məsələlərdə tam uyğunluq olmasa da,bu sahələrdə əməkdaşlıq aparılır:

"Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddisəylər göstəririk. Bu marşrut vasitəsilə Qərbdən Mərkəzi Asiyayaçıxış təmin oluna bilər. Çin tərəfdaşları isə daha çox şərqistiqamətində layihələr həyata keçirirlər. Onlar Qırğızıstan vəÖzbəkistan vasitəsilə Fərqanə vadisinə qədər uzanan boru kəmərilayihələri üzərində işləyirlər və bu xətt sonradan Türkmənistanadoğru davam edə bilər. Beləliklə, gələcəkdə Azərbaycanınsahillərinə çıxış imkanları da yarana bilər.

Bu prosesdə Tacikistanın xüsusi rolu var. Tacikistandatəhlükəsizlik məsələləri, xüsusilə Əfqanıstan ərazisindən gələntəhdidlər səbəbindən ciddi narahatlıq doğurur. Orada mövcud olande-fakto hakimiyyət ya istəmir, ya da sərhəddə təhlükəsizliyi tamtəmin etmək iqtidarında deyil. Xaricdən gəlmiş bir neçə minterrorçu qruplaşmanın mövcudluğu region üçün real təhlükəyaradır.

Bu səbəbdən həmin təhlükəsizlik balansının pozulması Avropa üçündə böyük risk deməkdir".

Məqalədə:
Избранный
26
4
az.trend.az

5Источники