RU

FİBA Çempionlar Kubokunda ilk qələbə

Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 millimiz B qrupunda ilk oyunlarını keçirib. Qızlarımız birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailand komandasına 21:8 hesabı ilə qalib gəliblər. Millimizin qrupda sonuncu oyunu bu gün Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

Qabil YUSİFOĞLU
XQ

Избранный
28
7
xalqqazeti.az

9Источники