RU

WUF13 də qonaqların işğaldan azad edilmiş ərazilərə səfəri planlaşdırılır

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

WUF13-də iştirak edəcək qonaqlar işğaldan azad edilmiş ərazilərə səfər edəcək, dağılmış ərazilərin bərpa-yenidən qurma prosesi ilə tanış olacaqlar.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində qonaqların Qarabağa səfəri nəzərdə tutulub.

“Sözsüz ki, bərpa-quruculuq fəaliyyəti ilə bağlı sessiyalarımız bu həqiqətlərin qlobal miqyasda yayılmasına xidmət edəcək. Məhz bu cür platformalar vasitəsilə biz həm mövcud vəziyyəti, həm də görülən işləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışacağıq”, - Anar Quliyev qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
3
cebheinfo.az

4Источники