RU

“Bu dəfə yeni yaşıma tək girmirəm”

Olay.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Mələkxanım Eyubovanın influenser qızı Nəzrin Nəcəfova yeni yaşını qeyd edib.

OLAY yazır ki, Nəzrin bununla bağlı video paylaşaraq bu sözləri yazıb:

“Bu gün 31 yaşım olur. Bu ili başqa cür hiss edirəm. Çünki bu dəfə yeni yaşa tək girmirəm. Qəlbimin altında böyüyən balamla birlikdə girirəm. Həyatımda ilk dəfə ad günüm mənə bu qədər dərin və mənalı gəlir. Çünki qarşıdakı günlərdə həyatımın ən böyük roluna hazırlaşıram. Ana olmağa. 31 yaş mənim üçün sadəcə bir rəqəm deyil. Bu yaş mənə səbr, güc, sevgi və məsuliyyət gətirir. İndi artıq ürəyimdə iki ürək döyünür.

Bu yeni yaşdan tək bir arzum var. Sağlamlıq”.

Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla evlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
olay.az

1Источники