BMT ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq yüksək səviyyədə davam edir.
Bunu Aznews.az-a BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, hökumət nümayəndələri ilə yüksək səviyyədə görüşlər keçirə bilib.
“Mən burada cəmi bir aydır fəaliyyət göstərirəm və deyə bilərəm ki, bütün qapılar mənim üçün açıq olub. Ölkədə ən yüksək səviyyələrdə görüşlər keçirmək imkanı əldə etmişəm. BMT ilə Azərbaycan hökuməti arasında dialoqun çox yaxşı və əla səviyyədə olduğunu deyə bilərəm”, – o qeyd edib.