RU

Bakının cazibəsi kəndləri boşaldır

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu proqnoz qlobal miqyasda məskunlaşma strukturunun necə dəyişdiyini açıq şəkildə göstərir. Əslində, bu, təkcə demoqrafik dinamika deyil, həm də iqtisadi modelin, əmək bazarının, sosial münasibətlərin və infrastruktur planlamasının transformasiyası deməkdir.

Qlobal tendensiya fonunda Azərbaycan da istisna deyil. Son illərdə ölkəmizdə sürətli urbanizasiya gedir, kəndlər boşalır, əhali şəhərlərə köç edir. Rəsmi statistikaya əsasən, hazırda ölkə əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Maraqlıdır, bu prosesin gələcəyi necə görülür? Narahatlıq üçün əsaslar varmı?

İqtisadi mərkəzləşmə şəhər əhalisinin sayını artırır

Millət vəkili Azər Allahverənov hesab edir ki, son illər urbanizasiya qlobal miqyasda sürətlə artıb: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sənaye və iqtisadi mərkəzləşmə şəhər əhalisinin sayının kəskin artmasına səbəb olur. Beynəlxalq demoqrafik mərkəzlər və ekspert qrupları artıq bu dinamikanın sosial nəticələri ilə bağlı narahatlıq ifadə edirlər. Halbuki bir neçə onillik əvvəl urbanizasiya templəri indiki qədər yüksək deyildi və şəhər əhalisinin sayı bu qədər sürətlə artırmırdı”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayıb: “Xüsusilə 1990-cı illərin ikinci yarısı və 2000-ci illərin əvvəllərində urbanizasiya tempi nəzərəçarpacaq dərəcədə artıb. Bu dövr Bakıda tikinti bumunun başladığı mərhələyə təsadüf edir. Paytaxt və digər iri şəhərlərdə tikinti sektorunun genişlənməsi minlərlə yeni iş yerinin yaranmasına gətirib çıxarıb və bu, regionlardan əmək ehtiyatlarının şəhərlərə axınını stimullaşdırıb. İnsanlar daha stabil və əlçatan məşğulluq imkanları üçün urban mərkəzlərə üz tutublar”.

A.Allahverənov urbanizasiyanın sürətlənməsində digər mühüm faktor kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərir. Onun fikrincə, ölkə ərazisinin beşdə bir hissəsinin uzun illər işğal altında qalması, təmas xətti boyunca yaşayan əhalinin təhlükə altında olması həmin bölgələrdə yaşayan insanların iri şəhərlərə köçünü qaçılmaz edib.

Избранный
35
publika.az

1Источники