RU

Novruzu yüksək ovqatla qarşılayırıq

Yaşadığımız Hacallı Tovuzun böyük kəndlərindəndir. Kəndimiz Ermənistanla sərhəddə yerləşir. Burada yeni məktəb, tibb məntəqəsi, kitabxana, poçt binası var. 

Rayon mərkəzindən kəndimizə kimi geniş yol çəkilmiş, əhalinin digər kəndlərlə əlaqəsini yaxşılaşdırmaq üçün avtobus marşrutu da açılmışdır. Bizim kənd 30 ilə yaxın erməni gülləsi altında əziyyət çəkib. Demək olar ki, hər gün atəş altında yaşamışıq. Hətta bir neçə dəfə düşmənin atdığı atəş nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.  Lakin sakinlər həmişə ümidlə yaşayıblar. Biliblər ki, çəkdiyimiz əzab-əziyyət çox çəkməyəcək. Nəhayət, 2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşmən üzərində böyük qələbə qazanaraq bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir. 

İndi Hacallı kəndinin sakinləri də xoşbəxt günlərini yaşayırlar. Onlar əkib-becərir, gündəlik işləri ilə məşğul olurlar. 6 ildir ki, kənd sakinləri Novruz bayramını yüksək ovqatla keçirirlər. Builki Novruz da istisna deyil. Bayram çərşənbələrində kənd sakinləri bir yerə toplaşaraq tonqal qalayır, sevinclərini paylaşırlar. Bütün bu sevincli günləri isə bizə bəxş edən dövlətimizdir. 

Oktay ƏHMƏDOV,

Tovuz rayonu, 

Hacallı kəndinin sakini

Избранный
17
azerbaijan-news.az

1Источники