RU

Velosiped sürmək yaddaşı yaxşılaşdırır Yeni araşdırma

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

20 dəqiqə velosiped sürmək beynin fəaliyyətinə dərhal təsir göstərə bilər.

Milli.Az xəbər verir ki, yeni bir nevroelm araşdırması göstərib ki, tək bir məşq seansı belə yaddaşla əlaqəli müəyyən beyin dalğalarını artıra bilir.

Bu yüksək tezlikli dalğalar Hipokampal dalğalanmalar adlanır. Bu dalğalar öyrənmə üçün çox vacib olan Hipokampus nahiyəsindən başlayır və beynin idrak proseslərində iştirak edən digər hissələrinə yayılır. Alimlərin fikrincə, bu hal fiziki aktivliyin niyə çox vaxt daha yaxşı zehni performans, öyrənmə və məlumatları xatırlama qabiliyyəti ilə əlaqələndirildiyini izah edə bilər.

Bu araşdırma nevroelm sahəsində mühüm addım sayılır. Daha əvvəl yaddaşla əlaqəli hipokampal dalğalanmalar əsasən laboratoriya heyvanlarında müşahidə olunmuşdu. İnsanlarda isə bu əlaqə yalnız ehtimal edilirdi. Çünki bu siqnalları qeydə almaq üçün beyinə elektrod yerləşdirmək lazımdır və bu prosedur yalnız müəyyən klinik hallarda həyata keçirilə bilir.

Elmi "Brain Communications" jurnalında yayımlanan yeni araşdırmada alimlər məşqdən sonra neyronların fəaliyyətini ilk dəfə birbaşa müşahidə edə biliblər. Tədqiqatçılar nevroloji müşahidə altında olan xəstələrin beyin fəaliyyətini analiz edib və hipokampusdan yaddaş və öyrənmə ilə əlaqəli kortikal bölgələrə gedən dalğalarda nəzərəçarpacaq artım aşkar ediblər.

Bu nəticə fiziki məşq ilə idrak prosesləri arasındakı əlaqəyə konkret elmi sübut təqdim edir və qısa müddətli fiziki aktivliyin belə sinir şəbəkələrinin fəaliyyətini sürətlə dəyişə biləcəyini göstərir.

Mina Mikayılova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
news.milli.az

2Источники