RU

“Neftçi” – “Qarabağ” görüşünün vaxtı məlum oldu

Misli Premyer Liqasının 21 turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

"Palms Sports Arena"da keçiriləcək qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək.

Xatırladaq ki, sözügedən oyun "Qarabağ"ın Çempionlar Liqası oyunlarına görə Ağdam klubunun xahişi ilə təxirə salınmışdı.

Milli.Az

Избранный
73
6
milli.az

3Источники