RU

İran İsrailə növbəti dəfə ağır raketlərlə zərbə endirib » AzadMedia.az

İran

İran İsrailə qarşı növbəti raket hücumunu həyata keçirib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilir ki, “Həqiqi vəd 4” əməliyyatı çərçivəsində hücumların 46-cı dalğası həyata keçirilib. Hücum zamanı “Xorrəmşəhr”, “Xeybər Şekan”, “Emad” və “Qədr” tipli ağır ballistik raketlərdən istifadə olunub.

Məlumata görə, raket zərbələri İsrail ərazisindəki hədəflərə yönəldilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində dağıntılar və insan itkiləri olduğu bildirilir.

Tehran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir.

Məlumatlara görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini lideri Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri həlak olub.

Bundan əlavə, martın 2-də Hizbullah hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə buna cavab olaraq təşkilata qarşı hücum əməliyyatına başladığını və Livan ərazisinə daxil olduğunu açıqlayıb.

Избранный
43
1
azadmedia.az

2Источники