İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır.
"Far.Az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib.
"Qabaqlayıcı tədbirlər görülür", - Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır.
"İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq", - Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü, 9-u və 13-də İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan 3 ballistik raketi məhv edib.
10. Millî İrade İftarı https://t.co/M1jjIUtOyB
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 13, 2026