RU

İsrail 150-dən çox hərbi hədəfə zərbə endirib

Ajans.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bəyanata əsasən, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İranın qərb və mərkəzi hissələrində əməliyyat həyata keçirərək İran rejiminə məxsus 150-dən çox hərbi obyektə hücum edib.

Məlumata görə, zərbələrin endirildiyi hədəflər arasında silah anbarları, onlarla ballistik raket və buraxılış qurğuları, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar, hava hücumundan müdafiə sistemləri və silah istehsalı müəssisələri yer alıb.

Избранный
2
1
Ajans.az

2Источники