RU

Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar Andrey Demçenko

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXIV turu start götürüb.

Fanat.Az tur çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Karvan-Yevlax" (2:1) oyunundan sonra mətbuat konfransında baş məşqçi Andrey Demçenkonun səsləndirdiyi fikirləri təqdim edir:

"Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır.

İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi. Fikrimcə oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
6
fanat.az

10Источники