RU

ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların bərpası… – MAQATE-dən AÇIQLAMA

Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların yenidən bərpa olunacağına ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rafael Qrossi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətin həlli üçün uzunmüddətli və davamlı razılaşma vacibdir və bunun üçün tərəflərin yenidən danışıqlar masasına qayıtması lazımdır.

“Biz bunun üçün çalışırıq. Düşünürəm ki, hamı üçün aydındır: uzunmüddətli həll yolu lazımdır. Belə bir həll üçün isə danışıqlar masasına qayıtmalıyıq. Bu proses texniki ekspertiza və “International Atomic Energy Agency” tərəfindən dəstək tələb edəcək. Ümid edirəm ki, biz buna nail ola biləcəyik”, – deyə Qrossi qeyd edib.

Aliyə
NOCOMMENT.az

Избранный
87
nocomment.az

1Источники