RU

İranda “xarici media ilə işləyən agentlər” saxlanıldı

İran dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat məlumatlarına istinadən iki qrup şəxsin saxlanıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumatda həmin şəxslərin “düşmən media qurumları ilə əməkdaşlıq edən agentlər” olduğu iddia olunur.

Bildirilir ki, saxlanılan qrupların əsas məqsədi ölkə daxilində ictimai iğtişaşları qızışdırmaq, küçələrdə xaos yaratmaq və etiraz aksiyalarını təşviq etmək olub.

SEPAH kəşfiyyatının məlumatına görə, bu şəxslər xarici media platformaları ilə əlaqə saxlayaraq müxtəlif məlumatların yayılmasını koordinasiya edir və ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirdilər.

İran rəsmiləri iddia edir ki, əməliyyat nəticəsində iki ayrı şəbəkə ifşa olunub və onların fəaliyyətinin qarşısı alınıb. Saxlanılan şəxslərlə bağlı əlavə istintaq tədbirlərinin davam etdiyi bildirilib.

Musavat.com

Избранный
94
musavat.com

1Источники