RU

Binəqədidə təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Избранный
38
23
apa.az

10Источники