XIII Qlobal Bakı Forumunun ikinci günü işini davam etdirib.
"Report"un məlumatına görə, müzakirələr zamanı qlobal idarəetmə, iqlim dəyişiklikləri, beynəlxalq nəqliyyat marşrutları və Afrika qitəsinin inkişaf perspektivləri kimi aktual mövzulara həsr edilib.
Panel sessiyalarından biri "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" mövzusunda keçirilib. Müzakirələr zamanı Çin tərəfindən irəli sürülən qlobal idarəetmə təşəbbüslərinin beynəlxalq əməkdaşlığa təsiri, inkişaf etməkdə olan ölkələr üçün yeni imkanların yaradılması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
"COP-u Yaşatmaq Uğrunda Mübarizə" mövzusuna həsr olunan sessiyada iqlim dəyişiklikləri ilə mübarizə, karbon emissiyalarının azaldılması, yaşıl enerji mənbələrinin genişləndirilməsi və beynəlxalq iqlim razılaşmalarının icrası məsələləri müzakirə edilib.
Forum çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı" adlı paneldə isə regionlararası nəqliyyat və logistika əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
Bundan əlavə, "Afrika: bu gün və sabah" adlı paneldə Afrika qitəsinin iqtisadi və siyasi inkişaf perspektivləri, investisiya imkanları və qlobal iqtisadi sistemdə artan rolu müzakirə edilib.
"2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı əlaqəlilik" panelində dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusuna toxunulub.
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.
"Report"un məlumatına görə, bu gün iştirakçılar "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "COP-u Yaşatmaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı 2030 Gündəliyinin Sürətləndirilməsi: İnklüziv Artım və Dayanıqlı Əlaqəlilik" mövzularında müzakirələr aparacaqlar.