RU

Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpıldı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1977-ci il təvəllüdlü G. İbrahimova, 1960-cı il təvəllüdlü B. Həsənov və 2001-ci il təvəllüdlü L. Məhərrəmova xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
46
6
unikal.az

10Источники