RU

MAQATE-nin baş direktoru Qrossi: Yaxın Şərqdəki nüvə obyektlərindəki vəziyyət son dərəcə həssasdır



Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi Yaxın Şərqdəki nüvə obyektlərində vəziyyətin "son dərəcə kövrək" olduğunu bildirib.Qrossi Moskvada Rusiyanın dövlət nüvə enerjisi korporasiyası Rosatom-un baş direktoru Aleksey Lixaçevlə birlikdə jurnalistlərin suallarını cavablandırıb.
Yaxın Şərqdəki nüvə obyektlərindəki vəziyyətlə bağlı suala cavab olaraq Qrossi dedi: "Düşünürəm ki, vəziyyət çox həssasdır. Nüvə amilinin əhəmiyyətli olduğu yeni bir münaqişənin başladığını görürük."

Sülh və müharibə arasında gedən "incə xətt"ə işarə edən Qrossi dedi: "Hazırda müharibə gedir və ümid edirik ki, mümkün qədər tez başa çatacaq. Sonra danışıqlara qayıdacağıq və bu, zəruridir."

Zaporijjya Atom Elektrik Stansiyasındakı vəziyyətdən danışan Lixaçev dedi: "Müəyyən şərtlər daxilində, o cümlədən Ukraynaya elektrik enerjisi təchizatı barədə danışa bilərik."

Stans yüksək səviyyədə enerji istehsal etdiyini qeyd edən Lixaçev dedi: "Bu enerjidən yalnız ənənəvi marşrutlar üçün deyil, həm də, məsələn, məlumat emalı mərkəzlərinin sürətli quraşdırılması üçün istifadə edə bilərik. Burada yalnız sərhəddə olanlar deyil, yeni tərəfdaşlarımız ola bilər."

Lixaçev ABŞ-ın da bu tərəfdaşlar arasında ola biləcəyini irəli sürdü.

İrandakı hadisələrdən danışan Lixaçev deyib: "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görməmişik. Bizdə nə rəsmi, nə də intuitiv şəkildə belə bir dəlil yoxdur".

aia.az
Tərcümə şöbəsi



Избранный
36
aia.az

1Источники