RU

Yaxın Şərq münaqişəsindən sonra körfəz ölkələrinin neft itkiləri açıqlandı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatların başlanmasından bu yana Fars körfəzi ölkələrinin ümumi neft gəlirlərində təqribən 15.1 milyard dollar azalma qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri "Kpler" analitik mərkəzinin məlumatlarına əsaslanaraq yazıb.

Bu vəziyyətə əsas səbəb kimi tədarük zəncirindəki qırılmalar və dəniz nəqliyyatının Hörmüz boğazında faktiki olaraq bloklanması göstərilir.

"Kpler" eksperti Florian Qrünbergerin sözlərinə əsasən, boğaz vasitəsilə həyata keçirilən daşımalar böhrandan əvvəlki dövrlə müqayisədə çox cüzidir. Üstəlik, dayandırılmış tədarükün əsas hissəsini - dəyər ifadəsində 71 faizini məhz neft təşkil edir.

"Wood Mackenzie" agentliyinin qiymətləndirmələrinə əsasən, ən çox zərər çəkən ölkə Səudiyyə Ərəbistanı olub (təqribən 4,5 milyard dollar). Dövlət büdcəsinin 90 faizi neftdən asılı olan İraq isə mövcud situasiyada ən riskli mövqedədir.

Şirkətin rəhbəri Piter Martin qeyd edir ki, Küveyt və Qətər malik olduqları nəhəng suveren fondlar hesabına yaranmış iqtisadi təzyiqi zəiflətmək imkanına sahibdirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
oxu.az

1Источники