RU

Anar Bayramovun himayəsində olduğu deyilən şirkət 16, 5 milyonluq tenderin qalibi oldu

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əlillərin reabilitasiyası üçün malların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ZN Trade” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 16 523 872,05 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 9 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Mediada gedən məlumatlara görə, "ZN Trade”MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin keçmiş sədri, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Anar Bayramova yaxın şirkətdir. İddia olunur ki, şirkət məhz onun tərəfindən idarə olunur. 

"ZN Trade” MMC-nin satınalma müsabiqələrində daha çox Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliy və Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin tenderlərində qalib elan edilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
qaynarinfo.az

2Источники