“Fənərbağça” müdafiə xəttini gücləndirmək üçün “Union Berlin”in futbolçusu Dioqu Leyte ilə maraqlanır.
İdmanxeber.az xəbər verir ki, İstanbul klubu mövsümün sonunda müqaviləsi bitəcək 27 yaşlı portuqaliyalı müdafiəçi ilə danışıqlara başlayıb və ona 3+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Leyte bu mövsüm “Union Berlin”in heyətində 18 oyunda 1 qol vurub.