RU

Fiqurlu konkisürən Alisa Lyuya Kaliforniyanın Oklend şəhərinin rəmzi açarı təqdim olunub

İtaliyada keçirilmiş 25-ci Qış Olimpiya Oyunlarının ikiqat qalibi, amerikalı fiqurlu konkisürən Alisa Lyuya Kaliforniyanın Oklend şəhərinin rəmzi açarı təqdim olunub.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə 7 000 insan iştirak edib.

Oklend şəhərinin meri Barbara Li Alisa Lyuyaya rəmzi açar təqdim edib.

Mer təqdimat zamanı idmançını “doğma şəhərin qəhrəmanı” kimi qiymətləndirib və Oklendi beynəlxalq arenada təmsil etdiyinə görə ona yüksək qiymət verib.

Xatırladaq ki, 25-ci Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərində keçirilib. Alisa Lyuya həm fərdi, həm də komanda yarışında qızıl medala sahib olub.

İdman.Biz
Избранный
43
1
idman.biz

2Источники