Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 millimiz B qrupunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, qızlarımız ev sahibi Tailand komandası ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 21:8 hesabı ilə məğlub etməyi bacarıb. Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq
ABŞ-li basketbolçudan tarixi göstərici
XIX turun oyun cədvəli açıqlanıb
“Sumqayıt”ın basketbolçusu: "Bütün bunları komanda üçün edirəm"
“Sərhədçi”dən çətin qələbə
Millilərimiz Türkiyədə 13 yoldaşlıq görüşü keçirib