RU

“Məğlubiyyətin səbəbkarlarını vicdanı ilə baş-başa buraxıram” – Sxadadzenin barmaq silkələməsi...

23-cü turda Azərbaycan futbol tarixində yaddaqalan nəticə qeydə alındı. “Qəbələ” tarixindəki ən böyükhesablı məğlubiyyəti yaşadı. “Qırmızı-qaralar” səfərdə “Sabah”a 1:7 hesabıyla uduzdu.

Matçın sonlarında klubun yeganə azarkeş qrupu “Red Black Army” “Kaxaber, istefa!” şüarları səsləndirdi. Oyun başa çatandan sonra isə Sxadadze azarkeşlərə bu şüara görə barmaq silkələdi.

Bəs azarkeş qrupu necə düşünür? Bu məğlubiyyətin günahkarı kimdi, gürcü mütəxəssisi hansı halda bağışlayarlar? Fanklubun rəhbəri Cavad Şərifli “Football-plus.az”ın bu suallarını cavabladı:

“Heç bir açıqlama vermək istəmirəm, bu nəticə ilə məğlub olmaqda səbəbkar kim varsa, vicdanı ilə baş-başa buraxıram. Günahkar komandanı meydana çıxaran məşqçilər və çıxıb oynamayan futbolçulardı. Yəqin ki, rəhbərlik bu acı məğlubiyyətin səbəblərini araşdırıb tapacaq”.


MÜZƏFFƏR QULUZADƏ
Избранный
34
football-plus.az

1Источники