RU

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Bir il müddətinə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. 

Baş nazir qeyd edib ki, hökumətin müvafiq qurumları tərəfindən il ərzində 51 müraciət tam şəkildə icra edilib.

"35 müraciəti baxılmaqdadır. Yəqin ki, yaxın zamanlarda bunlar icra olunacaq. Yerdə qalmış 38 müraciətin də üzərində işlər aparılıb. Yəqin ki, onlar da öz həllini tapacaqlar". 

Baş nazir Milli Məclisin üzvlərinə təşəkkür edərək onların hesabata müsbət rəy verdiyi üçün təşəkkür edib. 
Sonda deputatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul ediblər.

Избранный
32
18
xezerxeber.az

10Источники