RU

Merz Rusiyaya qarşı sanksiyaları müvəqqəti ləğv etdiyinə görə Trampı tənqid edib

Almaniya Kansleri Fridrix Merts ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etmək qərarını tənqid edib.

Herbiand.az bildirir ki, bu barədə Clash Report yazıb.

“Bu gün səhər ABŞ-ın Rusiyaya qarşı sanksiyalarla bağlı qərarından xəbər tutduq. Biz hesab edirik ki, bu düzgün deyil”, - Kansler deyib.

Merts Yaxın Şərqdəki müharibə ilə bağlı döyüşlərin nə vaxt və ya hansı strategiya ilə bitəcəyinin hələlik bəlli olmadığını bildirib: “Bu suallara hələlik dəqiq cavab verilməyib. Berlin Yaxın Şərqdəki müharibədə iştirak etmir və qoşulmaq planı yoxdur”.

O, bütün səylərinin İrana qarşı müharibəyə son qoymağa yönəldiyini söyləyib. Alman məmur Tehranı müharibəyə son qoymağa, Fars körfəzi dövlətlərinə hücumlardan çəkinməyə və bütün regionu qeyri-sabitləşdirməməyə çağırıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
29
herbiand.az

1Источники