ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
BMT-nin Baş katibi Antonio Quterreş həmrəylik səfəri ilə Livanın paytaxtı Beyruta gəlib.
Redaktor.az xəbər verir ki, Quterreş sosial şəbəkə platforması X-də paylaşım edərək bildirib:
“Mən Livan xalqı ilə həmrəylik səfəri üçün Beyruta endim. Onlar bu müharibəni seçmədilər, müharibəyə cəlb edildilər”.
BMT-nin Baş katibi əlavə edib ki, BMT və şəxsən özü Livanın və bütövlükdə regionun layiq olduğu dinc gələcəyə nail olmaq üçün mümkün olan bütün səyləri göstərəcək.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.