RU

Partnyorunun xorultusu qadınları kar edə bilər – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Somnoloqlar xəbərdarlıq edir ki, qadınlar partnyorlarının xorultusuna görə kar ola bilərlər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Qulağın yaxınlığındakı daimi səs-küy zamanla təkcə eşitmə qabiliyyətinin zəifləməsinə deyil, həm də psixoloji problemlərə gətirib çıxarır.

Belə ki, bu səbəbdən insanda narahatlıq səviyyəsi artır ki, bunun da nəticəsində orqanizm tam şəkildə dincələ bilmir.

Əlavə olaraq mütəxəssislər qeyd edirlər ki, uzunmüddətli yuxusuzluq və xroniki yorğunluq immunitetin aşağı düşməsinə, eləcə də digər sağlamlıq problemlərinə yol aça bilər.

Buna görə də xorultu probleminin vaxtında müalicə olunması hər iki tərəfin sağlamlığı üçün olduqca vacibdir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
2
interpress.az

1Источники