RU

Zaurla Ülvira üz üzə: aparıcıların fikirləri toqquşdu Kim haqlıdır?/VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Aparıcı Ülvira Qarayevanın Əməkdar artist Elnarə Abdullayevaya sualı müzakirə yaradıb. Belə ki, o, müğənniyə qızının ali təhsil alsa da, işləmədiyini, başqasının yerini tutduğunu deyib. “Qızın diplomu cehiz kimi aparıb. Onun yerində başqası oxusaydı, cəmiyyətə qarışacaqdı. Başqasının haqqına girib”, – deyə Ü.Qarayeva bildirib.

Digər tərəfdən, aparıcı Zaur Baxşəliyevin sözügedən dialoqa münasibəti diqqət çəkib. “Elnarə xanıma deyirlər ki, qız işləməyəcəksə, niyə ona diplom aldınız? Vacib deyil ki, qız diplomu işlədəcək və ya yox, çalışacaq, ya da çalışmayacaq. Allah hər bir qadına əl yox, ər çörəyi yetirsin”, – deyə o vurğulayıb.

Maraqlıdır, hansı tərəf haqlıdır? İşləmək fikri olmayan biri ali təhsil almamalıdır? 

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, təhsil yalnız iş tapmaq üçün deyil, insanın dünyagörüşünün formalaşması, düşüncə tərzinin inkişafı və cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsi üçün vacibdir:

“Oxumaq, savad sahibi olmaq və diplomlu mütəxəssis kimi formalaşmaq hər bir insanın şəxsi inkişafının mühüm hissəsidir. Ali təhsil alan bir insan sonradan müxtəlif səbəblərə görə müəyyən müddət işləməyə də bilər. Bu, xüsusilə ailə qurduqdan sonra uşaqların tərbiyəsinə daha çox vaxt ayıran xanımlar üçün keçərlidir. Amma bu o demək deyil ki, onların təhsil alması mənasızdır”.

Razi Nurullayev

Deputat bildirib ki, savadlı ana cəmiyyət üçün böyük dəyərdir:

“Çünki gələcək nəsli məhz o yetişdirir. Təhsilli valideynlər daha savadlı, dünyagörüşlü bir nəsil formalaşdırır. Ona görə də məsələni “kiminsə yerini tutmaq” kimi təqdim etmək doğru deyil. Təhsil hər bir vətəndaşın hüququdur və cəmiyyət nə qədər savadlı insanlara sahib olarsa, bir o qədər güclü olar. Əsas məsələ insanların oxuması, bilik əldə etməsi və peşəkar mütəxəssis kimi formalaşmasıdır. Bu biliklər insanın həyatının istənilən mərhələsində istər iş fəaliyyətində, istərsə də ailə və ictimai həyatda mütləq şəkildə öz müsbət təsirini göstərir”.

@wild_flower777#kesvet #kesvetdeyiz

♬ orijinal ses – ????_??????✅?

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники