Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq (artı 5.1%) vəsait ayrılıb.Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib."2025-ci ildə 31 təhsil müəssisəsində işlər yekunlaşdırılmış, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir.
Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb.
Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır"- deyə Əli Əsədov bildirib.Günay Şahmar, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.