RU

İsrail ordusuna hədəfləri İran vətəndaşları ötürür – “The Wall Street Journal”

İsrail dron zərbələri üçün hədəfləri adi İran vətəndaşlarından alır.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

İsrail təhlükəsizlik xidmətinin yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, rəsmi Təl-Əviv İran ərazisinə zərbələr endirmək üçün elə həmin ölkənin adi vətəndaşları tərəfindən ötürülən hədəf məlumatlarından istifadə edir.

Bildirilib ki, martın 12-də İsrail dronu Tehranda “Bəsic” qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə zərbə endirərkən məhz bu üsuldan istifadə edilib.

Məmur qeyd edib ki, hədəflər barədə məlumatlar İrandan sosial şəbəkələrdəki fars dilində olan İsrail hesabları vasitəsilə ötürülür.

Əlavə olaraq bildirilir ki, vətəndaşlardan alınan məlumatlar əvvəlcə yoxlanılır və təsdiqlənir.

Yalnız həmin məlumatların dəqiqliyi və etibarlılığı tam sübuta yetirildikdən sonra hədəfə zərbə endirilməsi barədə yekun qərar qəbul edilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники