RU

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanda martın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu, nisbi rütubət isə gecə 75-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Избранный
78
49
azertag.az

10Источники