Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC(ADY) Şərq – Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətindəhəyata keçirilən konteyner daşımalarının real vaxt rejimindəizlənilməsi üçün “Cargo tracking” (Cargo-tracking.ady.az)platformasını istifadəyə verib.
Trend xəbər verir ki, bubarədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə,daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin carivəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır.
“Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimindəkonteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşımaprosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazəverir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.
Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi vəmüvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə vətəyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin caridislokasiyasının əks olunması, eyni zamanda son əməliyyatın icraolunduğu stansiyanın adının göstərilməsi daxildir. “Cargo tracking”marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin vəproqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətininhesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki(pasport) məlumatlarının təqdim edilməsini təmin edir.
İnnovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hazırdaAzərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbətimərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyasınəzərdə tutulur.
Platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühümtöhfə verir. İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımalarınidarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha datəkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarınınrəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regiondalogistika proseslərinin, o cümlədən konteyner daşımalarının dahasəmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlaryaradır.